Главная > Dünya > Norveçin Müdafiə Nazirliyi ABŞ ilə əməkdaşlığı davam etdirəcək

Norveçin Müdafiə Nazirliyi ABŞ ilə əməkdaşlığı davam etdirəcək


2-03-2025, 09:42. Разместил: azadses
Norveçin Müdafiə Nazirliyi ABŞ ilə əməkdaşlığın davam etdiriləcəyinə və ərazisində yerləşən Amerika qüvvələrini təchiz etməyə hazır olduğuna əmin edib.

“Report” xəbər verir ki, bu barədə Krallığın nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilir.

"Norveç ilə ABŞ arasında sıx və güclü müdafiə tərəfdaşlığı var və ABŞ qüvvələri Norveçdən ehtiyac duyduqları təchizat və dəstəyi almağa davam edəcək", - bəyanatda deyilir.

Müdafiə Nazirliyi vurğulayıb ki, Norveç və xarici KİV-lərdə Krallıqda yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin təchizatı ilə bağlı qeyri-müəyyənlik yaradan xəbərlər Norveç hökumətinin mövqeyinə uyğun gəlmir.


Вернуться назад