Главная > Dünya > Berlində fəallar “Tesla” mağazasının pəncərəsini mavi boya ilə rəngləyiblər
Berlində fəallar “Tesla” mağazasının pəncərəsini mavi boya ilə rəngləyiblər2-03-2025, 08:00. Разместил: azadses |
“Yeni Nəsil” hərəkatının iqlim fəalları amerikalı sahibkar İlon Maska məxsus “Tesla” şirkətinin Berlindəki mağazasının pəncərəsini mavi boya ilə rəngləyiblər. “Report” xəbər verir ki, bu barədə “Tagesspiegel” nəşri məlumat yayıb. "Şənbə günü “Berlin Mall”da İlon Maska qarşı açıq etiraz aksiyası keçirilib. Ticarət mərkəzindəki “Tesla” salonunun qarşısında əllərində plakatlar tutan üç fəalı görmək olar. Mağazanın çölü mavi boya ilə örtülüb", - məqalədə deyilir. Birinci plakatda “Bizim cəmiyyətimiz sağların oyuncağı deyil” şüarı, ikincisində isə nasist salamı verən Maskın üzərindən xətt çəkilmiş şəkli əks olunub. Üçüncü plakatda hərəkatın adı “Yeni Nəsil” yazılmışdı. Nəşr hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, polis qısa zamanda aksiyanı dağıdıb. Fəallar barəsində istintaq başlayıb. Вернуться назад |