Главная > Dünya > Pentaqon: ABŞ-də transgenderlərin hərbi xidmətdən tərxisinə başlanılır
Pentaqon: ABŞ-də transgenderlərin hərbi xidmətdən tərxisinə başlanılırBu gün, 13:04. Разместил: azadses |
ABŞ ordusu 30 gün ərzində transgenderləri xidmətdən azad etməyə başlayacaq. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun xidməti qeydində deyilir. “Nazirlik yalnız iki cinsi tanıyır: kişi və qadın. İnsanın cinsi dəyişməzdir. Bütün hərbi qulluqçular yalnız cinsinə uyğun xidmət edəcəklər”, - sənəddə bildirilib. Qeyd olunub ki, konkret şəxslər üçün istisna məsələsinə yalnız fərdi qaydada, müəyyən hallarda baxıla bilər. Вернуться назад |