Главная > Dünya > ABŞ Meksikadan Çindən gələn mallara rüsum tətbiq etməyi tələb edir
ABŞ Meksikadan Çindən gələn mallara rüsum tətbiq etməyi tələb edirDünən, 08:55. Разместил: azadses |
Vaşinqton administrasiyası Meksikadan Çindən gələn mallara idxal rüsumları tətbiq etməyi tələb edib. APA xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi məlumat yayıb. Bildirilib ki, bunu ABŞ-nin ticarət naziri Hovard Lutnik fevralın 20-də Vaşinqtonda Meksikanın iqtisadiyyat naziri Marselo Ebrardla danışıqları zamanı açıqlayıb. Fevralın 1-də Tramp Kanada, Çin və Meksikadan gələn mallara daha yüksək tariflər tətbiq edən sərəncam imzalayıb. Çindən idxala 10%-lik tariflər fevralın 4-dən qüvvəyə minib, Kanada və Meksika məhsullarına rüsumların tətbiqi isə bir ay ertələnib. Вернуться назад |