Главная > Dünya > Tramp 4 milyard dollarlıq hərbi yardımın Ukraynaya veriləcəyinə aydınlıq gətirməyib
Tramp 4 milyard dollarlıq hərbi yardımın Ukraynaya veriləcəyinə aydınlıq gətirməyib12-02-2025, 18:10. Разместил: azadses |
ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən ayrılan, lakin əvvəlki ABŞ Lideri Cozef Bayden tərəfindən xərclənməyən 4 milyard dollar məbləğində hərbi yardımı Ukraynaya verməyi planlaşdırıb-planlaşdırmadığı sualına birmənalı cavab verməyib. “Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Baxarıq", - Tramp suala cavab verib. Yanvarda Pentaqondan bildirilmişdi ki, Bayden administrasiyası Konqres tərəfindən Ukraynaya hərbi yardım göstərilməsi üçün ayrılan vəsaitdən təxminən 4 milyard dollarını xərcləməyə imkan tapmayıb. Вернуться назад |