Главная > Dünya > Rusiyada zavodda partlayış baş verib
Rusiyada zavodda partlayış baş veribDünən, 14:43. Разместил: azadses |
Rusiyanın Novosibirsk şəhərində qazlı içki istehsalı zavodunda partlayış baş verib. “Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə vilayət FHN-i məlumat yayıb. Nəticədə təxminən 150 kvadratmetr sahədə dam örtüyünün bir hissəsi və təxminən 70 kvadratmetr sahədə divarın bir hissəsi uçub. Bildirilib ki, partlayış barədə məlumat yerli vaxtla saat 23:57-də daxil olub. Regional prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Qurum dəqiqləşdirib ki, hadisə zamanı zavod binasını icarəyə götürən təşkilatın 30 yaşlı əməkdaşı xəsarət alıb. Вернуться назад |