Главная > Dünya > Venesuela USAID-i hökumətin devrilməsini maliyyələşdirməkdə ittiham edib
Venesuela USAID-i hökumətin devrilməsini maliyyələşdirməkdə ittiham edibBu gün, 12:11. Разместил: azadses |
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ayırdığı vəsait ifrat sağçı müxalifət tərəfindən Venesuela hökumətini devirmək üçün istifadə edilib. “Report” xəbər verir ki, bunu Venesuelanın hakim Vahid Sosialist Partiyasının qurultayında ölkənin vitse-prezidenti Delsi Rodriqes deyib. O, özünü prezident elan edən Xuan Quaydo və ifrat sağçı müxalifət liderlərinin Venesuela hökumətini devirmək üçün ABŞ agentlikləri tərəfindən maliyyə yardımı aldığını bildirib. Rodriges qeyd edib ki, Venesuela USAID tərəfindən maliyyələşdirilən ekstremistlərin əməllərindən zərər çəkib: “ABŞ vəsaitləri hökumətləri devirmək üçün istifadə olunub. Biz Venesuelaya qarşı təcavüzün bu agentlik tərəfindən maliyyələşdirildiyini görürük. Blokadaya və hücumlara baxmayaraq, Venesuela xalqı öz suverenliyini müdafiə etmək üçün ayağa qalxıb”. Вернуться назад |