Главная > Dünya > Ermənistanda koronavirusa yoluxanların sayı 43 minə çatır

Ermənistanda koronavirusa yoluxanların sayı 43 minə çatır


25-08-2020, 10:10. Разместил: azadses
Ermənistanda daha 111 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 42 936-ya yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 858-ə çatıb. İndiyədək 36 475 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 343 aktiv koronavirus xəstəsi var.

Вернуться назад