Главная > Dünya > Niderland Çinə məlumatların ötürülməsi ilə bağlı araşdırmaya başlayıb
Niderland Çinə məlumatların ötürülməsi ilə bağlı araşdırmaya başlayıbBu gün, 08:55. Разместил: azadses |
Niderlandın Məlumatların Mühafizəsi İdarəsi şəxsi məlumatların Çinə ötürülməsi ilə bağlı araşdırmaya başlayıb. Proses “DeepSeek” çatbotunun görünüşü fonunda başladılıb. “Report” xəbər verir ki, bu barədə Niderlandın ANP agentliyi məlumat yayıb. İdarə rəhbərliyinin fikrincə, “DeepSeek” istifadəçiləri Çinin yeni məhsulundan istifadə edərkən çox ehtiyatlı və diqqətli" olmalıdırlar. "İnsanlar özləri özlərindən bu proqrama şəxsi və digər həssas məlumatları həqiqətən daxil etmək istədiklərini soruşmalıdırlar", - təşkilatdan bildirilib. Вернуться назад |