Главная > Dünya > Tramp Suriyadan qoşunların çıxarılması ilə bağlı qərarını açıqlayıb
Tramp Suriyadan qoşunların çıxarılması ilə bağlı qərarını açıqlayıbBu gün, 11:19. Разместил: azadses |
Vaşinqton Suriyanın problemləri ilə məşğul olmamalıdır, ABŞ administrasiyası ərəb respublikasından Amerika qoşunlarının çıxarılması imkanı ilə bağlı qərar qəbul edəcək. “Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Bunu kimin dediyini bilmirəm, amma biz bununla bağlı qərar qəbul edəcəyik”, – deyə o, İsrail KİV-inin yəhudi dövlətinin Amerika qoşunlarının Suriyadan çıxarılması imkanından narahat olması barədə məlumatlarını şərh edib. “Biz Suriyadakı vəziyyətə qarışmırıq. Bu onların qarışıqlığıdır. Onların yetərincə problemləri var. Bizim qarışmağımıza ehtiyacları yoxdur”, – Tramp əlavə edib. Daha əvvəl İsrailin dövlət teleradio şirkəti “Kan” məlumat vermişdi ki, yüksəkvəzifəli Amerika məmurları İsrail nümayəndələrinə Trampın Suriya ərazisində qalan Amerika əsgərlərinin çıxarılmasında maraqlı olduğunu bildiriblər. Pentaqon 2024-cü ilin dekabrında Suriyada təxminən 2 min Amerika hərbçisinin olduğunu açıqlamışdı. Вернуться назад |