Главная > Dünya > Tayvanda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb
Tayvanda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb26-01-2025, 08:00. Разместил: azadses |
Tayvanda 5,2 maqnitudalı zəlzələ baş verib. “Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri təxminən 771 min əhalisi olan Taynan şəhərindən 42 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 2 kilometr dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Вернуться назад |