Главная > Dünya > Ermənistanda keçmiş komitə sədri saxlanılıb

Ermənistanda keçmiş komitə sədri saxlanılıb


Dünən, 09:42. Разместил: azadses
Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sədri, Respublikaçılar Partiyasının üzvü Arman Saakyan saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə "Factor TV" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Ona çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb.

"Digər təfərrüatlar hələ məlum deyil, onun vəkilinin şərhini ala bilmədik", - Factor TV bildirib.

Xatırladaq ki, Arman Saakyan Ermənistan parlamentinin keçmiş sədri (2014-2017-ci illərdə -red) Qalust Saakyanın oğludur. A.Saakyan özü də Ermənistan parlamentinin deputatı, İrəvan merinin müavini olub. O, eyni zamanda "Sovrano" şirkətinin sahibidir.


Вернуться назад