Главная > Dünya > XİN müavini: ABŞ-dən qanunsuz miqrantların deportasiyası minlərlə polyaka təsir edə bilər
XİN müavini: ABŞ-dən qanunsuz miqrantların deportasiyası minlərlə polyaka təsir edə bilərDünən, 15:43. Разместил: azadses |
ABŞ-dən qanunsuz miqrantların kütləvi deportasiyası bir neçə min polyaka təsir edə bilər. “Report” RMF FM radiostansiyasına istinadən xəbər verir ki, bunu Polşa XİN müavini Vladislav Teofil Bartoşevski bildirib. “Bu problem bir neçə min həmvətənimizə təsir edə bilər”, – diplomat deyib. Yanvarın 21-də hökumətin iclasından əvvəl Polşanın Baş naziri Donald Tusk XİN başçısı Radoslav Sikorskiyə ABŞ-dəki konsulluq müəssisələrini polyakların mümkün deportasiyasına hazırlamağı tapşırıb. Bununla əlaqədar diplomatik nümayəndəliklər əməkdaşların əlavə növbətçiliyini tətbiq ediblər. Nyu-Yorkdakı baş konsul Mateuş Sakoviçin sözlərinə görə, polyak diasporu hələlik ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən elan edilmiş qanunsuz miqrasiya ilə mübarizə kampaniyası ilə bağlı narahatlıq ifadə etməyib. Daha əvvəl Tramp Meksika ilə sərhəddən qanunsuz miqrantların keçidinin dayandırılması barədə fərman imzalayıb. Sənəddə həmçinin müvafiq qurumlara “belə əcnəbilərin dərhal rədd edilməsi, repatriasiyası və çıxarılması üçün bütün zəruri tədbirlərin görülməsi” tapşırılır. Вернуться назад |