Главная > Dünya > Kanye Uest prezidentliyə namizəd oldu

Kanye Uest prezidentliyə namizəd oldu


23-08-2020, 10:25. Разместил: azadses
Amerikalı reper Kanye Uest Luizana ştatında ABŞ-ın prezident seçkilərində iştirak etmək üçün müraciət edib.
“Azad Səs” “Nola” portalına istinadən xəbər verir ki, digər ştatlardan fərqli olaraq, Luizanada müstəqil namizədlərin adlarını bülletenə daxil etmələri üçün minlərlə imza toplamaları tələb olunmur. Bunun əvəzinə, namizəd qeydiyyat haqqı kimi 500 dollar ödəməlidir.
Qeyd edək ki, hip-hop ulduzu ilə yanaşı, Luizanadan prezident seçkilərinə daha 10 müstəqil namizəd qatılacaq.Ekspertlərin fikrincə, Uest seçki marafonuna çox gec qatılıb. Belə ki, artıq bir neçə ştatda seçicilərin imzalarının toplanması üçün son tarix başa çatıb.
Xatırladaq ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabrın 3-də keçiriləcək.

Вернуться назад