Главная > Dünya > Boliviyanın qərbində zəlzələ olub

Boliviyanın qərbində zəlzələ olub


Dünən, 12:11. Разместил: azadses
Boliviyanın qərbində 4,7 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Xidmətin verilənlərinə görə, Bakı vaxtı ilə 01:18-də qeydə alınmış yeraltı təkanların ocağı 257,7 km dərinlikdə olub. Seysmoloji hadisənin episentri Çalyapata şəhərindən 19 km cənub-qərbdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, noyabrın 3-də İranda baş vermiş güclü zəlzələdə doqquz nəfər yaralanmışdı. Bir neçə saat sonra isə ölkənin cənub-şərqində 4,2 maqnitudalı zəlzələ baş vermişdi.

Daha əvvəl ABŞ-nin, Ficinin, həmçinin Rusiyanın sahillərində zəlzələlər qeydə alınmışdı.


Вернуться назад