Главная > Dünya > Suriya və Livan sərhədini bir gündə 4,3 mindən çox insan keçib
Suriya və Livan sərhədini bir gündə 4,3 mindən çox insan keçib3-11-2024, 11:19. Разместил: azadses |
Suriya və Livan sərhədini bir gündə 4,3 mindən çox insan keçib. “Report” xəbər verir ki, bu barədə Rusiyanın Suriya Ərəb Respublikasında müharibə aparan tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini, 1-ci dərəcəli kapitan Oleq İqnasyuk bildirib. "Livan ərazisindən bir gün ərzində "ƏL-Arida", "Əl-Cavasiya"," Əd-Dabuhiya", "Cisr-əl-Kamar və “Caydut-Yabus" keçid məntəqələrindən 4,3 min nəfər Suriya Ərəb Respublikası sərhədini keçib", - İqnasük brifinqdə deyib. O, həmçinin əlavə edib ki, 24 saat ərzində “Cəbhət ən-Nusra” və “Türküstan İslam Partiyası” qruplaşmalarının terrorçuları İdlib gərginliyi azaltma zonasında dörd hücum həyata keçirib. Onlardan biri Hələb vilayətində, üçü isə İdlib vilayətində qeydə alınıb. Minaatandan atəş nəticəsində Suriyanın bir hərbi qulluqçusu yaralanıb. Вернуться назад |