Главная > Dünya > İsrail "Hizbullah"ı maliyyələşdirən təşkilatın ofislərinə zərbələr endirib

İsrail "Hizbullah"ı maliyyələşdirən təşkilatın ofislərinə zərbələr endirib


21-10-2024, 09:43. Разместил: azadses
Livanda "Hizbullah" hərəkatının fəaliyyətinə sponsorluq edən "Əl-Qard Əl-Həssan" maliyyə və kredit assosiasiyasının azı beş şöbəsi gecə saatlarında İsrail hərbi hava qüvvələrinin zərbələrinə məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Beyrutun cənubunda bu assosiasiyanın mərkəzi ofislərinin yerləşdiyi iki binaya, həmçinin Baalbek, Rayak və Hermeldəki regional bölmələrinə raketlər atılıb.

Bundan əvvəl İsrail ordusu Livandakı "Əl-Qard Əl-Həssan" maliyyə və kredit assosiasiyasının 30-dan çox bölməsini hədəfə alacağını açıqlayıb.


Вернуться назад