Главная > Dünya > “Milton” qasırğası Meksika körfəzində 3-cü kateqoriyaya qədər zəifləyib
“Milton” qasırğası Meksika körfəzində 3-cü kateqoriyaya qədər zəifləyib10-10-2024, 16:21. Разместил: azadses |
Meksika körfəzindəki “Milton” qasırğası Saffir-Simpson şkalası üzrə üçüncü kateqoriyaya qədər zəifləyib. "Report"un xəbərinə görə, bu barədə ABŞ-nin Milli Qasırğa Mərkəzi məlumat yayıb. Hazırda qasırğa ABŞ-nin Florida ştatının Sarasota şəhərindən təxminən 100 km cənub-qərbdədir və 28 km/saat sürətlə şimal-şərqə doğru irəliləyir. Onun hüdudları daxilində küləyin maksimal sürəti 54 m/s-ə çatır. Вернуться назад |