Главная > Dünya > Suriyanın şərqindəki ABŞ bazası raket hücumuna məruz qalıb

Suriyanın şərqindəki ABŞ bazası raket hücumuna məruz qalıb


Dünən, 12:10. Разместил: azadses
Suriyada Deyr əz-Zor vilayətinin şərqində yerləşən Koniko qaz yatağı rayonundakı ABŞ hərbi bazası raket hücumuna məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Hücumun nəticələri barədə məlumat verilmir. Qeyd olunur ki, obyektin ətrafında partlayış səsləri eşidilib.

Telekanalın məlumatına görə, hadisədən sonra ABŞ-nin başçılıq etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələri vilayətdə Suriya hökumət qüvvələrinin nəzarətində olan bir neçə kəndə zərbələr endirib.


Вернуться назад