Главная > Dünya > Şimali Koreya yenidən Cənubi Koreyaya zibil balonları buraxıb

Şimali Koreya yenidən Cənubi Koreyaya zibil balonları buraxıb


Dünən, 15:44. Разместил: azadses
KXDR yenidən zibillə dolu olduğu güman edilən hava şarlarını Cənubi Koreya Respublikasına doğru havaya atıb.

"Report"un məlumatına görə, bu barədə Cənubi Koreya paytaxtının meriyası məlumat yayıb.

Bu kampaniya mayın sonundan 25-cidir. Ümumilikdə bu müddət ərzində KXDR ərazisindən 5 mindən çox hava şarı buraxılıb. Əvvəlki buraxılış oktyabrın 4-də baş tutub, Cənubi Koreya tərəfi 320 şar saymışdı.


Вернуться назад