Главная > Dünya > İtaliyada ağır yol qəzası olub, ölən və yaralananlar var

İtaliyada ağır yol qəzası olub, ölən və yaralananlar var


Dünən, 12:09. Разместил: azadses
İtaliyanın (Toskana vilayəti) Lido-di-Kamayore sahilyanı qəsəbəsində avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə "Report" "RAI News 24" telekanalına istinadən xəbər verir.

Məlumata görə, avtomobili Braziliya əsilli qadın idarə edib.

İlkin məlumatlara görə, o, idarə etdiyi avtomobillə işıqforun qırmızı işığında keçəndə iki qadını, ehtimal ki, 20 yaşlı alman turisti vurub. Qadının idarə etdiyi avtomobil sonra daha beş nəfəri vurub. Avtomobil yalnız digər nəqliyyat vasitələrinə çırpıldıqdan sonra dayanıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Sürücünün alkoqollu içkilərdən və narkotik vasitələrdən istifadə edib-etmədiyini müəyyənləşdirmək üçün o, xəstəxanaya aparılıb.
Вернуться назад