Главная > Dünya > Mali Ordusu: Ölkənin şimal-şərqində terrorçularla döyüşlər gedir

Mali Ordusu: Ölkənin şimal-şərqində terrorçularla döyüşlər gedir


28-07-2024, 09:40. Разместил: azadses
Malinin Silahlı Qüvvələrinin bölmələri Tinzauaten rayonunda (ölkənin şimal-şərqində, Əlcəzairlə sərhəddə) terrorçu qruplaşmalarla qızğın döyüşlər aparır.

"Report"un məlumatına görə, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı rəsmi məlumatda deyilir.

Sənəddə qeyd edilir ki, toqquşmaların baş verdiyi zona hər növ terrorçuların və qaçaqmalçıların cəmləşdiyi qala olaraq qalır.

Baş Qərargah bu ərazinin yaxından izləndiyini bildirib. “Beş terror hədəfi Mali Silahlı Qüvvələrinin dronları tərəfindən uğurla məhv edilib”, - kommünikedə vurğulanır.

Silahlı Qüvvələrin Baş Qərargahı həmçinin dinc əhalini itki verməmək üçün terrorçuların yerləşdiyi əraziləri tərk etməyə çağırıb.


Вернуться назад