Главная > Dünya > Peru Konqresinin alt komitəsi prezidentə qarşı şikayəti qəbul edib

Peru Konqresinin alt komitəsi prezidentə qarşı şikayəti qəbul edib


20-07-2024, 13:00. Разместил: azadses
Peru Konqresinin konstitusiya ittihamları üzrə alt komitəsi "Rolex" korrupsiya işində ölkə prezidenti Dina Boluarteyə qarşı şikayəti qəbul edib.

"Report" xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Qərar lehinə 17, əleyhinə isə iki səslə qəbul edilib.

Konstitusiya şikayəti Boluartenin Ayakuço bölgəsinin qubernatoru Uilferdo Nunezdən rüşvət olaraq aldığı üç "Rolex" saatı və zinət əşyaları ilə bağlıdır və ölkənin prokuroru vəzifəsini icra edən Xuan Villena tərəfindən verilib.

Bundan əvvəl konstitusiya ittihamları üzrə alt komitə hökumət əleyhinə nümayişlər zamanı onlarla ölkə vətəndaşının öldürülməsi ittihamı ilə Boluarteyə qarşı şikayəti rədd etmişdi.

Xatırladaq ki, Peruda mart ayından bəri Boluartenin sərvətinin aşkarlanması ilə bağlı qalmaqal davam edir. Peru prokurorları Boluartenin "Rolex" saatı və digər bəyan edilməmiş dəbdəbəli zinət əşyaları taxdığı aşkar edildikdən sonra ona qarşı ilkin araşdırma aparır.


Вернуться назад