Главная > Dünya > Mərakeş 20-dən çox orta əsr məhəlləsinin bərpasına 800 milyon dollardan çox pul xərcləyib

Mərakeş 20-dən çox orta əsr məhəlləsinin bərpasına 800 milyon dollardan çox pul xərcləyib


16-07-2024, 13:00. Разместил: azadses
Mərakeş hökuməti krallığın müxtəlif şəhərlərində 21 mədinədə (orta əsr məhəllələrində) bərpa layihələrinə 800 milyon dollardan çox vəsait xərcləyib.

"Report"un "L'Opinion"a istinadən verdiyi xəbərə görə, bunu baş nazir Əziz Ahennuş Rabatda Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “qədim mədinələr krallığın maddi və humanitar irsini təmsil edir”. Bundan başqa, iqtidar Mərakeşin müxtəlif bölgələrində yerləşən qədim qalaların (qəsəbə) və möhkəmləndirilmiş yaşayış məntəqələrinin (qəsr) bərpası və abadlaşdırılması proqramı həyata keçirir.

Mədinələr, qəsəbələr və qəsrlər xarici turistlər arasında çox populyardır və həmişə səyahət marşrutlarına daxil edilir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ən məşhur qədim məhəllələr Mərakeş, Meknes, Rabat, Tetuan, Fes, Əs-Suveyra şəhərlərində yerləşir.


Вернуться назад