Главная > Dünya > Bloomberg: Ər-Riyad Rusiyanın aktivləri müsadirə olunarsa, G7 istiqrazlarını satmaqla hədələyib
Bloomberg: Ər-Riyad Rusiyanın aktivləri müsadirə olunarsa, G7 istiqrazlarını satmaqla hədələyib10-07-2024, 09:41. Разместил: azadses |
Səudiyyə Ərəbistanı 2024-cü ilin əvvəlində G7 ölkələri Rusiyanın dondurulmuş 300 milyard dollara yaxın aktivlərini müsadirə etmək qərarına gəlsə, bəzi Avropa borclarını sata biləcəyinə “eyham” edib. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, Krallığın Maliyyə Nazirliyi bəzi G7 ölkələrinə Kiyevə kömək etmək üçün Rusiya aktivlərindən istifadə ideyası ilə razılaşmadığını bildirib. Mənbələrdən biri bunun üstüörtülü təhlükə kimi səsləndiyini vurğulayıb. Səudiyyə Ərəbistanı xüsusi olaraq Fransa Xəzinədarlığının verdiyi borcları qeyd edib. Bundan əvvəl Beynəlxalq Valyuta Fondunun (BVF) Ukrayna üzrə missiyasının rəhbəri Qevin Qrey brifinq zamanı bildirib ki, Qərb ölkələrinin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri Kiyevin ehtiyacları üçün istifadə etmək qərarı hüquqi bazanın olmaması səbəbindən beynəlxalq valyuta sisteminin fəaliyyətinə təhlükə yaradır. Вернуться назад |