Главная > Dünya > İsrail "Hizbullah"ın hava hücumundan müdafiə bölməsinin komandirini zərərsizləşdirib

İsrail "Hizbullah"ın hava hücumundan müdafiə bölməsinin komandirini zərərsizləşdirib


7-07-2024, 11:17. Разместил: azadses
İsrailin Hərbi Hava Qüvvələri Livanın şərqindəki Baalbek şəhəri ərazisindəki "Hizbullah" təşkilatının hava müdafiə qüvvələrinin komandirlərindən birini zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

Bir müddət əvvəl Hərbi Hava Qüvvələri Baalbek ərzisinə zərbə endirib və "Hizbullah"ın hava müdafiə bölməsinin komandiri olan terrorçu Meytam Mustafa Altairi məhv edib. Meytam bölmənin fəaliyyətinə rəhbərlik edib və İsrail Dövlətinə qarşı çoxsaylı hücumların planlaşdırılmasında, həyata keçirilməsində iştirak etdi", - açıqlamada deyilir.

"Meytam bir neçə dəfə təyyarə ilə İrana uçub və orada təcrübə keçib", - mətbuat xidməti əlavə edib. İsrail Ordusu onun zərərsizləşdirilməsi ilə “Hizbullah”ın havadan müdafiə imkanlarına ciddi ziyan vurulduğunu vurğulayıb.


Вернуться назад