Главная > Dünya > Tacikistanda təbii fəlakətlər ötən il 51 nəfərin həyatına son qoyub

Tacikistanda təbii fəlakətlər ötən il 51 nəfərin həyatına son qoyub


11-06-2024, 11:13. Разместил: azadses
2023-cü ildə Tacikistanda təbii fəlakətlər nəticəsində 50-dən çox insan həlak olub, iqtisadiyyata təqribən 100 milyon somoni (9,3 milyon dollardan çox) ziyan dəyib.

“Report”un məlumatına görə, bunu ölkə prezidenti Emoməli Rəhmon Milli İnkişaf Şurasının iclasında deyib.

Onun sözlərinə görə, ötən il ölkədə 550-dən çox təbii fəlakət, o cümlədən daşqınlar və torpaq sürüşmələri qeydə alınıb: “Nəticədə 51 nəfər həlak olub, ölkə iqtisadiyyatına 100 milyon somoniyə yaxın külli miqdarda maddi ziyan dəyib”.

Prezident qeyd edib ki, ötən payız və qış aylarında ölkə ərazisində az yağıntı olub: “Bu vəziyyət regionun su ehtiyatlarının 60%-dən çoxu Tacikistan ərazisində yerləşən mənbələrinin azalmasına səbəb olub. Bu baxımdan bu il yenidən quraqlıq yaşayacağımız ehtimalı daha yüksəkdir”.

O, eyni zamanda qeyd edib ki, yaz aylarında, xüsusən də may ayında ölkədə tez-tez yağan yağışlar ölkə iqtisadiyyatına da ziyan vurub.


Вернуться назад