Главная > Dünya > Küveyt və Ərəb Elektron Media Birlikləri COP29-la bağlı dəstək bəyanatı yayıb
Küveyt və Ərəb Elektron Media Birlikləri COP29-la bağlı dəstək bəyanatı yayıb9-06-2024, 12:10. Разместил: azadses |
Küveyt və Ərəb Elektron Media Birliklərinin İdarə Heyətinin sədri Feysəl Xəlifə Əl-Səvvağ COP29-la bağlı dəstək bəyanatı yayıb. Bu barədə "Report"a Azərbaycanın Küveytdəki Səfirliyindən bildirilib. Bəyanatda deyilir: “Son bir neçə ildə bütün dünyada mənfi təsirləri müşahidə olunan iqlim dəyişikliyinin faciəvi nəticələrinin aradan qaldırılması üçün beynəlxalq əməkdaşlıq zəruridir. Dünyada qəbul olunmuş ümumi prinsiplər var. Beynəlxalq miqyasda həmrəylik nümayiş olunmalıdır. Özümüzü bəşəri və sivil dünyanın bir hissəsi hesab etməliyik. Bunun üçün hər bir ölkə qlobal məsuliyyət hiss etməlidir. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunmasını çox böyük sevinclə qarşıladıq. Bu, Azərbaycanın trenddən geri qalmamasının bariz nümunəsidir. COP29 Azərbaycanın dünya siyasətinə əsaslı təsir imkanlarına malik olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq qurumlarda mövqelərinin gücləndirilməsinə müsbət təsiri olacaq. Dünyada baş verən iqlim dəyişikliyi ilə bağlı bir sıra problemlərin aradan qaldırılması istiqamətində də Küveyt-Azərbaycan əməkdaşlığı müsbət effekt verə bilər. Xüsusən yaşıl iqtisadiyyatın yaranması, bu istiqamət üzrə yeni bacarıq və biliklər haqqında Azərbaycan təcrübəsi Küveyt dövləti üçün vacibdir. Azərbaycanda yaşıl iqtisadiyyat davamlı olaraq inkişaf edir. Cəmiyyət ekoloji problemləri həll etməyə və daha davamlı təcrübələrə keçid etməyə çalışır. Təsadüfi deyildir ki, bu il Azərbaycanda “Yaşıl Dünya naminə Həmrəylik İli” elan olunub. “Yaşıl Dünya naminə Həmrəylik İli” dövlətlərin siyasi qərarlarının ətraf mühitə və planetimizə təsirini gücləndirəcəyinə əminik. Belə beynəlxalq tədbirlərin keçirilməsi hər bir dövlətin üzərinə çox böyük məsuliyyət qoyur. Azərbaycanda bu günə qədər bir çox beynəlxalq tədbir keçirilib və təşkilatçılıq baxımından artıq Azərbaycan əhəmiyyətli təcrübəyə malikdir. İnanırıq ki, COP29 da Azərbaycan dövləti tərəfindən böyük müvəffəqiyyətlə keçiriləcək. Küveyt və Ərəb Elektron Media Birlikləri olaraq qeyd edilən beynəlxalq tədbirlə bağlı Küveyt və ərəb dünyası mediasında məlumatlandırma işinə öz töhfəmizi verməyə çalışacağıq. Azərbaycan tərəfindən irəli sürülmüş yeni təşəbbüslər tərəfdaş ölkələr tərəfindən qəbul olunub və icra edilməkdədir. Bu da Azərbaycanın növbəti onilliklər ərzində uğurlu və sürətli inkişafını təmin etməyə əsas verir”. Вернуться назад |