Главная > Dünya > ABŞ-da baş verən atışmada azı 3 nəfər ölüb

ABŞ-da baş verən atışmada azı 3 nəfər ölüb


6-06-2024, 16:19. Разместил: azadses
İyunun 4-də Alabama ştatının Montqomeri şəhərində baş verən atışmada azı 3 nəfər həlak olub.

Bu barədə “NBC” ştat polisinə istinadən məlumat yayıb.

Hadisə şəhərin Latino icmasının üzvlərinə məxsus ərzaq mağazasında baş verib.

Ölənlərdən ikisi mağaza işçisidir. Şübhəlilərin kimliyi hələ müəyyən edilməyib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Ştat polisi hadisənin Latinolara məxsus bizneslərə edilən digər hücumlarla bağlı olub-olmadığını araşdırır.
Вернуться назад