Главная > Dünya > ABŞ-də 22 nəfər əlverişsiz havanın qurbanı olub, yüzlərlə insan yaralanıb

ABŞ-də 22 nəfər əlverişsiz havanın qurbanı olub, yüzlərlə insan yaralanıb


28-05-2024, 10:30. Разместил: azadses
ABŞ-də güclü fırtınalar azı 22 nəfərin, o cümlədən 4 uşağın həyatına son qoyub, zərərçəkənlərin sayı yüzlərlədir.

“Report” xəbər verir ki, Texas, Oklahoma, Arkanzas və Kentukki ştatlarında tufan və tornadoların bir çox yaşayış, ictimai binalara ziyan vurduğu, böyük dağıntılara səbəb olduğu bildirilir.

Məlumata görə, 13 ştatda təxminən 600 min sakin elektrik enerjisiz qalıb. Bəzi ərazilərdə elektrik enerjisinin bərpası bir neçə gün çəkə bilər.

Sinoptiklər əlverişsiz hava şəraitinin davam edəcəyi və fırtınaların Alabamadan Nyu-Yorka qədər ölkənin çox hissəsini əhatə edərək şərqə doğru hərəkət edə biləcəyi barədə xəbərdarlıq edir. Fırtınalar dolu, eləcə də güclü leysanla müşayiət olunur ki, bu da sel daşqınlarına səbəb ola bilər.


Вернуться назад