Главная > Dünya > Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb


22-05-2024, 13:54. Разместил: azadses
Braziliyanın cənubundakı Riu Qrandi-du-Sul ştatında güclü daşqınlar nəticəsində azı 161 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Agentliyinin son hesabatında deyilir.

Bundan əvvəl 143 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, azı 85 nəfər itkin düşüb, 71 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. Yağışlar və qasırğadan 2,34 milyondan çox sakin zərər çəkib, 467 bələdiyyə ziyan görüb. Qeyd edilir ki, minlərlə insan helikopterlərlə xilas olunmaq ümidi ilə evlərini qayıqlarla tərk etmək və ya damlara çıxmaq məcburiyyətində qalıb.


Вернуться назад