Главная > Dünya > Böyük Britaniyanın Ukraynaya hərbçi göndərmək planı yoxdur
Böyük Britaniyanın Ukraynaya hərbçi göndərmək planı yoxdur16-05-2024, 12:00. Разместил: azadses |
Böyük Britaniya hələ də Ukrayna Silahlı Qüvvələrinin yeni çağırışçılarına təlim keçmək üçün öz qoşunlarını bu ölkəyə göndərmək niyyətində deyil. "Report"un məlumatına görə, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps "The Daily Telegraph"a müsahibəsində deyib. “Mən sərhədi keçib Britaniya hərbçilərini Ukraynada yerləşdirmək istəmirəm. Bunun məntiqli olduğunu düşünmürəm. Amma hesab edirəm ki, ukraynalı hərbçilərin təlimini Ukraynaya yaxınlaşdırmağın mənası var”. Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və xarici işlər naziri Devid Kemeron Ukraynaya Britaniya hərbçilərinin göndərilməsinin əleyhinə dəfələrlə çıxış ediblər. Вернуться назад |