Главная > Dünya > Finlandiya ilk dəfə NATO-nun böyük rəsmi toplantısına ev sahibliyi edəcək

Finlandiya ilk dəfə NATO-nun böyük rəsmi toplantısına ev sahibliyi edəcək


15-05-2024, 12:08. Разместил: azadses
Finlandiyada ilk dəfə NATO ölkələrinin nümayəndələrinin böyük rəsmi toplantısı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Finlandiyanın Hökumət Kommunikasiyaları Departamenti məlumat yayıb.

İclas mayın 20-24-də Tampere şəhərində baş tutacaq və alyansın nəqliyyat planlaşdırılmasına həsr olunacaq.

Bu, Finlandiyanın NATO-ya üzvlüyü dövründə ölkədə keçirilən ilk böyük rəsmi toplantı olacaq.


Вернуться назад