Главная > Dünya > Çində magistral yol çöküb, 18 avtomobil dağıntılar altında qalıb

Çində magistral yol çöküb, 18 avtomobil dağıntılar altında qalıb


1-05-2024, 17:11. Разместил: azadses
Çinin cənubundakı Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsi çökdükdən sonra 18 avtomobil dağıntılar altında qalıb.

“Report” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Hadisə çərşənbə günü gecə Meyçjou şəhərində baş verib. Olay yerinə gələn xilasedicilər dağıntılar altından 31 nəfəri qurtarıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Dağıntıların təmizlənməsi davam edir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.


Вернуться назад