Главная > Dünya > Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb


18-04-2024, 17:10. Разместил: azadses
Yaponiyada baş vermiş zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Yaponiya ictimai televiziyası bildirib ki, zəlzələnin ən çox hiss olunduğu cənub-qərbdəki Ayti, Koti və Osaka prefekturalarında səkkiz nəfər yüngül xəsarətlər alıb: əsasən yıxılma sonucunda sıyrıqlar və əzik.

Xatırladaq ki, yerli vaxtla aprelin 17-dən 18-nə keçən gecə Yaponiyanın Sikoku və Küsü adaları arasında 6,4 maqnitudalı zəlzələ olub. Teknonik zərbə sunami təhlükəsinə gətirib çıxarmayıb.


Вернуться назад