Главная > Dünya > Aİ İrana qarşı yeni sanksiyaların anonsunu verib
Aİ İrana qarşı yeni sanksiyaların anonsunu verib18-04-2024, 12:09. Разместил: azadses |
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Brüsseldə keçirilmiş sammitdən sonra İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəklərini açıqlayıblar. Məhdudiyyətlərin əksəriyyəti dron və raketlərin istehsalı ilə əlaqəlidir. “Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Aİ liderlərinin birgə bəyanatında bildirilib. “Avropa İttifaqı İrana qarşı, xüsusilə dron və raketlərlə bağlı əlavə məhdudlaşdırıcı tədbirlər görəcək. Avropa İttifaqı regionda gərginliyin azaldılması və təhlükəsizliyin təşviqinə tam sadiqdir”, – Aİ liderlərinin birgə bəyanatında deyilir. Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran 300 dron, qanadlı raketlər və ballistik raketlərlə İsrailə hücum edib. İsrail ordusu buraxılmış raket və dronların 99 %-ni məhv etdiyini iddia edib. Eyni zamanda, İran hücumunu uğurlu adlandırıb. İsrail İranın hücumuna “əhəmiyyətli və güclü cavab” verəcəyini söz verib. Вернуться назад |