Главная > Dünya > Qazaxıstanlı politoloq: Tokayevin İrəvana səfəri sülhməramlı missiyadır

Qazaxıstanlı politoloq: Tokayevin İrəvana səfəri sülhməramlı missiyadır


13-04-2024, 13:59. Разместил: azadses
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin aprelin 15-nə planlaşdırılan Ermənistana bir günlük rəsmi səfəri sülhməramlı gündəmi ehtiva edir.

“Report” xəbər verir ki, bunu qazaxıstanlı politoloq, Avrasiya İnteqrasiya İnstitutunun direktoru Urazqali Selteyev teleqram kanalında bildirib.

“Prezidentimizin Ermənistana gözlənilən qısamüddətli səfəri təbii ki, təcili sülhməramlı missiyadır. 24 saatdan az müddətdə dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla Azərbaycanla nizamlama planını müzakirə etməlidir. Güman ki, hər iki tərəf Qazaxıstanı bu ən mürəkkəb danışıqlarda vasitəçi etmək istəyir”, - o vurğulayıb.

Onun fikrincə, regionda həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Nikol Paşinyanın Qazaxıstan dövlət başçısı qədər eyni dərəcədə etimad göstərdiyi başqa bir siyasətçi yoxdur:

“Aydındır ki, bu məsələ Tokayevin Bakıya son səfəri zamanı da müzakirə olunub”.


Вернуться назад