Главная > Dünya > Yaponiyada istilər 27 nəfərin həyatına son qoydu

Yaponiyada istilər 27 nəfərin həyatına son qoydu


17-08-2020, 09:37. Разместил: azadses
Yaponiyada son bir həftədir hökm sürən isti hava şəraiti səbəbindən 27 nəfər həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tokio Sosial Rifah və İctimai Səhiyyə Bürosu məlumat yayıb. Bildirilib ki, son bir həftə ərzində 50 yaşdan 90 yaşa qədər 27 nəfər gün vurmadan ölüb.
Ölənlərin 70 faizinin yaşlarının 70-dən yuxarı olduğu qeyd olunur. Məlumata görə, ölüm hallarının 26-sı evdə baş verib. Bunlardan 23-də havalandırma cihazları olmayıb və ya istifadə edilməyib.
Ümumilikdə bu ay Tokio şəhərində gün vurmadan ölənlərin sayı 53-ə çatıb.
Mütəxəssislər havalandırma cihazlarından davamlı istifadə etməyi və tez-tez su içməyi məsləhət görürlər.


Вернуться назад