Главная > Dünya > Finlandiyada cinsi yolla keçən xəstəliklərdə kəskin artım qeydə alınıb

Finlandiyada cinsi yolla keçən xəstəliklərdə kəskin artım qeydə alınıb


4-03-2024, 12:09. Разместил: azadses
Finlandiyada cinsi yolla keçən xəstəliklərdə kəskin artım qeydə alınıb.

“Report” “Yle”ə istinadən xəbər verir ki, bu barədə ölkənin HUS veneroloji klinikasının araşdırmasında qeyd olunub.

Tədqiqatın nəticələrinə əsasən, Skandinaviya ölkəsində süzənəyə yoluxma halları kəskin artıb.

“Əvvəllər bizdə ildə 300-500 yoluxma halı olurdu, lakin 2023-cü ildə biz 1 000-i keçdik”, – Klinikanın əməkdaşı Eyya Hiltunen-Bak deyib.

Qeyd edilir ki, belə göstəricilər Finlandiya üçün rekord göstəricidir. Bu ilin əvvəlində həkimlər tendensiyanın davam edəcəyini açıqlayıblar.


Вернуться назад