Главная > Dünya > AFP: Haitidə məhbusların kütləvi şəkildə qaçması zamanı 10 nəfər ölüb
AFP: Haitidə məhbusların kütləvi şəkildə qaçması zamanı 10 nəfər ölüb4-03-2024, 09:42. Разместил: azadses |
Haitinin paytaxtı Port-o-Prensin həbsxanasından bir neçə min məhbusun qaçması zamanı azı 10 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb. Həbsxananın ətrafına baş çəkmiş agentliyin müxbiri güllə yaraları olan 10-a yaxın meyit görüb. Xatırladaq ki, daha öncə yaraqlı qruplar Port-o-Prensdəki həbsxanaya hücum edərək orada saxlanılan bir neçə yüz məhbusu azad ediblər. Вернуться назад |