Главная > Dünya > Filippində torpaq sürüşməsində 37 nəfəri ölüb

Filippində torpaq sürüşməsində 37 nəfəri ölüb


11-02-2024, 18:56. Разместил: azadses
Filippinin cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37-yə çatıb.

“Report”un məlumatına görə, bu barədə “Reuters” yerli məmur Edvard Makapiliyə istinadən xəbər verir.

Onun sözlərinə görə, 32 nəfər xəsarət alıb, daha 77 nəfər itkin düşüb.

Hələ də sağ qalanların olub-olmaması ilə bağlı sualı cavablandıran E. Makapili bunun çətin olduğunu, lakin axtarışların davam etdiriləcəyini bildirib.

Rəsmi əlavə edib ki, 300-dən çox insanın iştirak etdiyi xilasetmə işləri güclü yağışlar və yeni sürüşmə təhlükəsi səbəbindən dayandırılıb, lakin fevralın 11-də bərpa edilib.


Вернуться назад