Главная > Dünya > “Almaniya üçün Alternativ” partiyasının qadağan edilməsi müzakirə edilib

“Almaniya üçün Alternativ” partiyasının qadağan edilməsi müzakirə edilib


19-01-2024, 13:00. Разместил: azadses
Almaniya üçün Alternativ (AFD) partiyasının qadağan edilməsi məsələsi Bundestaqda gündəmə gəlib.

“Report” xəbər verir ki, bu barədə “RBC” yazıb.

Nəşr bildirib ki, miqrantların Afrikaya deportasiyasını müzakirə etdikləri iclasda nümayəndələrin iştirakına görə məsuliyyəti partiya öz üzərinə götürməli olacaq.

Bundestaqda hakim koalisiya partiyalarının tələbi ilə sağçı AFD partiyasına mümkün qadağanın müzakirə edildiyi debat keçirilib.

Müzakirənin təşəbbüskarı 25 deputatdan ibarət qrupdur. Onlar partiyanın yoxlanılması prosedurunu tələb ediblər. Nəticədə yoxlama partiyanın qadağan edilməsi ilə yekunlaşa bilər.


Вернуться назад