Главная > Dünya > Qətər ABŞ və Venesuela arasında məhbus mübadiləsində vasitəçilik edib

Qətər ABŞ və Venesuela arasında məhbus mübadiləsində vasitəçilik edib


21-12-2023, 13:53. Разместил: azadses
Qətər ABŞ və Venesuela arasında məhbus mübadiləsi razılaşmasında vasitəçi kimi çıxış edib.

“Report” xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

“Qətər ABŞ və Venesuela arasında bir sıra məhbusların mübadiləsində vasitəçilik rolunu uğurla həyata keçirib”, - bəyanatda qeyd edilib.

Qətər XİN-nin dövlət naziri Məhəmməd əl-Xuleyfi QNA agentliyinə məlumat verib ki, Karakas ABŞ-də saxlanılan Venesuela vətəndaşının Vaşinqton tərəfindən azad edilməsi müqabilində 10 amerikalı məhbusu azad edib.


Вернуться назад