Главная > Dünya > Tailandda avtobus qəzasında azı 14 nəfər ölüb

Tailandda avtobus qəzasında azı 14 nəfər ölüb


5-12-2023, 09:36. Разместил: azadses
Tailandın cənubunda avtobus qəzasında azı 14 nəfər həlak olub, 35 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

Belə ki, Praçuap Kxiri Kxan əyalətində turistik sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək yoldan çıxıb və ağaca çırpılıb.

İlkin məlumata görə, nəqliyyat vasitəsi ölkənin paytaxtı Banqkokdan Sonqkxla əyalətindəki Natxavi bölgəsinə hərəkət edirdi.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад