Главная > Dünya > KXDR kəşfiyyat peyki üzrə idarəni işə salıb
KXDR kəşfiyyat peyki üzrə idarəni işə salıb3-12-2023, 15:29. Разместил: azadses |
KXDR Dövlət Aerokosmik Texnologiyalar Baş İdarəsinin nəzdində yaradılmış kəşfiyyat peykləri üçün xüsusi struktur işə başlayıb. “Report”xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Yeni struktur müstəqil hərbi informasiya təşkilatı kimi fəaliyyət göstərəcək. Onun əldə etdiyi bütün məlumatlar Koreya Fəhlə Partiyası Mərkəzi Hərbi Komitəsinin müvafiq şöbəsinə, Xalq Ordusunun Baş Kəşfiyyat İdarəsinə və lazım gəldikdə “müharibədən çəkindirici qüvvələr” olan bölmələrə veriləcək. Qeyd olunur ki, KXDR Müdafiə Nazirliyi “müharibədən çəkindirici qüvvələrin daha etibarlı döyüş hazırlığında olacağına” ümid etdiyini bildirib. Xatırladaq ki, Şimali Koreya noyabrın 21-də kəşfiyyat peykini orbitə buraxıb. Məlumata görə, peyk nəzərdə tutulan orbitə çıxdıqdan bir gün sonra ölkə lideri Kim Çen In Amerikanın Sakit Okeandakı ən böyük strateji hərbi bazası olan Quam adasının fotoşəkillərini görüb. Вернуться назад |