Главная > Dünya > Fələstin İsraillə atəşkəsi uzatmağa hazırdır

Fələstin İsraillə atəşkəsi uzatmağa hazırdır


29-11-2023, 13:48. Разместил: azadses
“Fələstin tərəfi Qəzza zolağında İsraillə atəşkəsi uzatmağa hazırdır”.

“Report” “CNN” telekanalına istinadən xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun üzvü Qazi Həməd bildirib.

Onun sözlərinə görə, Fələstin hərtərəfli və ya qismən saziş bağlamağa razıdır:

“Əgər hərtərəfli razılıq əldə olunarsa, israilli hərbi əsirlər həbsdə olan fələstinli əsirlərlə dəyişdiriləcək. Əgər qismən razılıq əldə olunarsa, bu, yalnız mülki şəxslərə təsir edəcək”.


Вернуться назад