Главная > Dünya > Yaponiya və Cənubi Koreya KXDR-in kəşfiyyat peyki ilə raket buraxmasını pisləyib

Yaponiya və Cənubi Koreya KXDR-in kəşfiyyat peyki ilə raket buraxmasını pisləyib


26-11-2023, 08:52. Разместил: azadses
Yaponiyanın xarici işlər naziri Yoko Kamikava və cənubi koreyalı həmkarı Pak Çin Pusanda danışıqlar zamanı noyabrın 21-də KXDR-in ilk kəşfiyyat peykini orbitə buraxmasını pisləyiblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

"Nazirlər KXDR-in ballistik raketinin buraxılışını qətiyyətlə pisləyiblər. Hətta peyk buraxılması nəzərdə tutulsa belə, insident ballistik raket texnologiyasından istifadə ilə bağlı olub və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulmasıdır", - nazirliyin bəyanatında vurğulanır.

Görüş iştirakçıları Yaponiya, Cənubi Koreya və ABŞ-ın mövcud vəziyyətə yanaşmanın inkişafı üçün yaxından işləməyə davam edəcəklərini təsdiqləyiblər.

Bundan əlavə, Kamikava Cənubi Koreya hökumətinin KXDR kəşfiyyat xidmətləri tərəfindən Yaponiya vətəndaşlarının oğurlanması məsələsini dərhal həll etmək üçün ardıcıl dəstəyə görə minnətdarlığını bildirib.


Вернуться назад