Главная > Dünya > Türkiyədə zəncirvari qəzada 10 nəfər yaralanıb

Türkiyədə zəncirvari qəzada 10 nəfər yaralanıb


14-11-2023, 13:49. Разместил: azadses
Türkiyənin Manisa şəhərində magistral yolda zəncirvari qəzada 10 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, yük maşını avtomobilə çırpılıb, eyni istiqamət üzrə hərəkət edən avtobus isə birinciyə arxadan çırpılıb. Zərbənin təsirindən işçiləri daşıyan avtobus arakəsməyə çıxaraq işıq dirəyinə dəyib.

Məlumata görə, qəzada yaralanan 10 nəfərdən 9-u işçidir.


Вернуться назад