Главная > Dünya > ABŞ-ın Suriyaya endirdiyi zərbələr nəticəsində azı altı iranlı döyüşçü ölüb - YENİLƏNİB

ABŞ-ın Suriyaya endirdiyi zərbələr nəticəsində azı altı iranlı döyüşçü ölüb - YENİLƏNİB


13-11-2023, 10:21. Разместил: azadses
ABŞ-ın Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə endirdiyi zərbələr nəticəsində azı 6 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Fox News” telekanalı Pentaqondakı mənbədən əldə edib.

Belə ki, Pentaqondakı yüksək səviyyəli mənbə ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunun Yaxın Şərqdəki bazalarına hücumları nəticəsində azı altı iranlı döyüşçünün həlak olduğunu təsdiqləyib.

Amerika Birləşmiş Ştatları İran və onun müttəfiqlərini İraq və Suriyadakı Amerika qoşunlarını və hərbi bazalarını atəşə tutmaqda ittiham edir. Bu, ABŞ-ın üçüncü cavab zərbələridir.

“Al Mayadeen” telekanalının məlumatına görə, Suriyada ABŞ-ın Koniko bazasına raket hücumu nəticəsində amerikalı əsgərlər həlak olub. Neçə nəfərin öldüyü açıqlanmır.

03:15
ABŞ-ın Hərbi Hava Qüvvələri Suriyada İran tərəfindən dəstəklənən qruplaşmaların obyektlərinə aviazərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hədəflərdən biri komanda məntəqəsi, ikincisi isə silah anbarı olub.

Pentaqon məlumatı təsdiq edərək bildirib ki, zərbələr Suriyanın şərqi hissəsinə ABŞ prezidenti Cozef Baydenin əmri əsasında həyata keçirilib.


Вернуться назад