Главная > Dünya > Boliviyada avtobus yük maşını ilə toqquşub: 8 nəfər ölüb, onlarla insan yaralanıb

Boliviyada avtobus yük maşını ilə toqquşub: 8 nəfər ölüb, onlarla insan yaralanıb


12-11-2023, 14:41. Разместил: azadses
Boliviyada Puerto Suares və Santa Kruz şəhərləri istiqamətində hərəkət edən sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 8 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Əraziyə çoxlu sayda təcili yardım və xilasedici göndərilib.

Qəzanın avtobusun qarşıdan gələn yük maşınının yoluna çıxması səbəbindən baş verdiyi bildirilir.


Вернуться назад